Məşhur investor Bil Miller bitkoina çoxdan investisiya etdiyini etiraf edib

Əfsanəvi investor Bil Miller CNBC telekanalına müsahibəsində onun və oğlunun bitkoinin güclü tərəfdarı olduqlarını etiraf edib.


Bil Millier – Legg Mason Value Trust (LMVTX) birjasında portfolio meneceri olmuşdur, və onu rəhbərliyi ilə birjaların tarixində ən uzun “məğlubiyyətsizlik seriyası”ndan biri kimi qeydə alınmışdır. 15 il ardıcıl olaraq, 1991-ci ildən 2005-ci il etibarilə fondun ümumi gəlirliliyi S&P 500 İndeksini üstələmişdir.

Millerin fondu 1990-cı ildən başlayaraq 750 milyon dollardan, 2006-cı ilə kimi 20 milyard dollara böyümüşdür.

“Miller, maliyyə dünyasında sərbəst düşünənlər metodunun öyrənilməsinə onilliklər sərf etmişdir, və sonda özü də onlardan birinə çevrilmişdir “2006-cı ildə Fortuna jurnalının redaktoru Bil Millerin investisiya stilini bucür təsvir etmişdir.

Cümə günü CNBC telekanalına müsahibəsində Miller etiraf etmişdir ki, o, və oğlu “cəsur bitoin öküzləridirlər” və bu il qiymətləri çox qalxan rəqəmsəl valyutanın maliyyə dünyasında bir inqilab olduğuna inanırlar.

Ata Miller hesab edir ki, “Bu pul dünyasında bir inqilab və revolusiyadır. Son min ildə buna bənzər bir şey olmayıb”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *