Bitkoin dövriyyəsinin 10%-i Hindistanın payına düşür

ARK’s Blockchain Products rəhbəri Kris Burniskenin verdiyi məlumata görə son ayda dünya USD/BTC cütlük dövriyyəsinin 10%-i Hindistanın payına düşür.


Burniske Twitter hesabında qrafik post etmişdir. Dünya miqyasında Hindistan birjalarının operasiya ağırlığının artmağını, və 15 iyun tarixinə dünya ümumi dövriyyəsinin 10%-ni əhatə etdiyini qeyd etmişdir.

 

 

 

 

 

 

 

Burniske, bu inkişaf tendensiyasının Bitkoin üçün nə anlama gəldiyinin çox maraqlı olduğunu qeyd etmişdir.

Bitkoin aktivlik hazırda Hindistanda aktiv inkişaf fazasındadır.  Mərkəzi bankın və hakimiyyət təmsilçilərinin əks mövqeyinə baxmayaraq, milli valyutanın stabil olmaması Bitkoinin yayılmasını və kök salmasına zəmin yaradır.

 

 

 

 

Coin Dance saytının bazar məlumatları həftədən həftəyə artım trendi göstərir. Yalnız may ayının axırında bitkoin qiyməti 2000 dollara düşən zaman bir qədər düşüş göstərir.

Ölkənin digər bitkoin birjaları da ticari dövriyyənin artımını göstərirlər. Xüsusi olaraq, valyuta mübadilə servisi Zebpay, tətbiqlərinin rekord yüklənmə sayının qeydə alındığını bildirmişdir. Zebpay tətbiqetməsi Apple App Store da finans bölməsində 7 ci yerə qalxmışdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *