Bitkoin mayninq nədir?

Bitkoin əldə etməyin müxtəlif üsulları barədə daha öncəki məqalələrdə ümumi məlumat verilib. Bugün haqqında danışılacaq “mayning” daha fərqli metodla bitkoin əldə etməyə imkan verir. İngilis dilindən tərcümədə “hasilat” və ya “hasil etmə”, “mədənçıxarma” anlayışlarına uyğun gələn “mayning” fərdi şəkildə bitkoin yaratmağa imkan verir.

Mayninq bitkoin tranzaksiyalarının təhlükəsizliyi və yoxlanılması üçün istifadə olunan eyniranqli kompyuter prosesidir. Mayninq, eyni zamanda, həyata keçirilən əməliyyatların qlobal bitkoin müsahibatlıq kitabına əlavə edilməsini ehtiva edir. Hər əməliyyat qrupu blok adlanır. Bloklar bitkoin mayninqləri tərəfindən qorunur və bir-birinin üzərində tikilməklə zəncir formalaşdırır. Yuxarıda qeyd olunan keçmiş əməliyyatlar üzrə mühasibatlıq kitabı və ya məlumat bazası blokçeyn adlanır. Blokçeyn öz növbəsində şəbəkə baş verən digər əməliyyatların təsdiqini təmin edir.

Bunun üçün sizə fərdi kompyuter və ya güclü qrafik kardlar tələb olunacaq. Faktiki olaraq 1-2 il öncəyə qədər “mayning” yolu ilə bitkoin qazanmaq daha asan idi. Amma zaman keçdikcə populyarlıq qazanan bu üsul vasitəsilə bügun bitkoin əldə etmək daha da çətinləşib. Artıq  “mayning” üçün spefisik ASİC adlanan, daha da çətinləşən “hasilat” prosesi və daha çox enerji tələb edən şəbəkələr belə yaradılıb.

Buna əlavə olaraq, “hasilat” yolu ilə əldə edilən bilən bitkoinlərin sayı da azalmaqdadır və sadəcə 1-2 bundan öncə az maliyyətlə başa gələn bu proses bugün bəlkə də fərdlər üçün xərclərin çoxluğu baxımından səmərəli deyil. Hal-hazırda sizə fərdi kompyuterlə və 2014-cü ilin qrafik kardları ilə bitkoin əldə etməyin mümkünlüyünü söyləyənlər ya ümumiyyətlə son xəbərləri izləmirlər ya da sadəcə olaraq sizləri aldatmaq məqsədi güdürlər. Ehtiyatlı olun.

Nisbətən yeni variant “cloud mining”-dir. Bu sizdən bahalı və tez köhnələn avadanlığa investisiya etmədən müxtəlif şirkətlərin data mərkəzlərindən istifa haqqı ödəməklə faydalanan və onların adından bitkoin “hasil etmək” imkanı verən bir metoddur. “Mayning” və “cloud mining” barədə növbəti məqalələrdə daha ətraflı tanış ola bilərsiniz.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *