Bitkoin nədir? Onu digər normal valyutalardan fərqləndirən nədir?

Bitkoin nədir?

Bitkoin- elektron formada yaradılmış, eyni zamanda, elektron formada istifadə olunan elektron valyuta formasıdır. Bitkoin dollar, avro və digər valyutalar kimi çap olunmur. Bitkoin insanlar tərəfindən “istehsal” olunur.

 

Bitkoini normal valyutalardan fərqləndirən nədir?

Bitkoindən müxtəlif malların/məhsulların elektron şəkildə alınması üçün istifadə etmək olar. Bu baxımdan bitkoin dollar, avro və ya yen kimi rəqəmsal qaydada satışı həyata keçirilə bilən pul vahididir.

 

Bitkoinin yaradıcısı kimdir?

Bitkoinin yaradıcısı olaraq Satoşi Nakamoto təxəllüslü şəxs və ya bir qrup adam bilinir. 2008-ci ildə Satoşi Nakamoto tərəfindən birranqlı şəbəkədə fəaliyyət göstərən ödəniş sisteminin iş prinsipinin protokolu dərc edilmişdir.

Bitkoinin yaradılmasında əsas məqsəd hər hansı bir mərkəzi orqandan asılı olmayan, elektron formada ötürülə/dəyişdirilə bilən, çox aşağı əməliyyat xərcləri tələb edən pul forması yaratmaqdan ibarət olmuşdur.

 

Bitkoinləri kim çap edir?

Heç kim. Bu valyuta hər hansı bir ölkənin mərkəzi bankı tərəfindən fiziki olaraq çap edilmir və öz qaydalarını müəyyən edir. Əksinə, yuxarıda da qeyd olunduğu kimi, bitkoin hər bir insanın qoşula biləcəyi icma (şəbəkə) tərəfindən tərəfindən rəqəmsal olaraq yaradılır. Bitkoinlər paylanmış şəbəkələrdə hesablama gücündən istifadə edilərək hasil edilir (mədənçıxarma sahəsinə oxşarlıq mövcuddur).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *