Bitkoin şirkət və ölkələrə meydan oxuyur 😊

Kriptovalyuta olan bitkoinin cari bazar kapitazisiyası 94 milyard ABŞ dolları səviyyəsindədir. 2017-ci ilə 15.6 milyard ABŞ dolları ilə başlayan bazar kapitalizasiyası təxminən 600 faiz artmışdır.

Pricewaterhouse Coopers hesablamalarına əsasən bitkoin özünün bazar kapitalizasiyası ilə 100 şirkət arasında 81-ci mövqedə dayanır. Bu bazar kapitalizasiyası 96 milyard ABŞ dolları olan məşhur Goldman Sachsdan 3 pillə geri olmaq deməkdir.

Ölkələrin ümumi daxili məhsulu ilə müqayisə etdikdə maraqlı mənzərə yaranır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına (proyeksiyalarına) əsasən bitkoin və onun bazar kapitalı 191 ölkə arasında 66-cı sırada qərarlaşıb. Əgər bitkoin ölkə olsaydı, cari vəziyyətdə o Ukraynadan (95.9 milyard ABŞ dolları) sonra qərarlaşacaqdı və Slovakiya, Şri Lanka, Efiopiya kimi dövlətlər bitkoindən sonra yerləşəcəkdi.

Müqayisə bütün kriptovalyutaların bazar kapitalizasiyasını (175.2 milyard ABŞ dolları) nəzərə alaraq, aparılsa o zaman aşağıdakı mənzərə yaranır:

  • Bu rəqəm bazar kapitalizasiyası 175 milyard ABŞ dolları olan Philip Morris International ilə yanaşı gəlir,
  • Ümumi daxili məhsulunun həcminə görə dünyanın 55-ci iqtisadiyyatı olan Əlcəzair bir pillə geridə və 54-cü olan İraq isə sadəcə bir pillə irəlidə olacaqdı.

Əslində bucür muqayisələr çox aparıla bilər. Hal-hazırda bu tendensiyanın davamlılığı ən çox müzakirə edilən məsələlərdəndir.

Sizcə bitkoin və ümumilikdə kriptovalyutaların bazar kapitalizasiyası 2017-ci ilin sonuna kimi artım tendensiyasını davam etdirə biləcəkmi? 2018-ci il bu baxımdan istisna ola bilərmi?

Mənbə: news.bitkoin.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *