Bitkoin xüsusiyyətləri və bitkoin nəyə əsaslanır?

Bitkoinlərin sayı qeyri-məhduddurmu?

Xeyr. Bitkoin protokoluna –bitkoinlərin işləməsini təmin edən qaydalar- əsasən hasilatçılar (miners) tərəfindən yalnız 21 milyon bitkoinin yaradılması mümkündür. Bununla belə, bütün pul vahidlərində olduğu kimi bitkoinlərin də öz yaradıcısının adına uyğun olaraq “Satoshi” deyilən kiçik nominal mövcuddur.

Bitkoin nəyə əsaslanır?

Adi valyutalar gümüş və ya qızıla bağlı olmuşdur. Nəzəri cəhətdən məlum idi ki, əgər siz banka 1 dollar vermiş olsaydınız, qarşılığında qızıl ala bilərdiniz. Hərçənd təcrübədə bu faktiki olaraq qeyri-işlək mexanizm idi. Bitkoin adi valyutalardan fərqli olaraq, riyazi hesablamalara əsaslanır.

Bütün dünyada insanlar bitkoin istehsalına imkan verən, riyazi formulaya tabe proqram təminatından istifadə etməklə, bitkoin əldə edə bilərlər. Qeyd edilən riyazi formulanı sərbəst şəkildə əldə etmək mümkündür.

Bitkoinin xüsusiyyətləri nədən ibarətdir?

Bitkoin digər dövlət valyutalarından aşağıdakılara görə fərqlənir:

  • Bitkoin mərkəzləşdirilmiş valyuta deyil. Bitkoin şəbəkəsinə hər hansı bir mərkəzi orqan tərəfindən nəzarət olunmur.
  • Qurulması asandır. İxtiyari bir bankda hesabın açılması müxtəlif bürokratik addımlardan sonra mümkün olur. Lakin bitkoin hesabı və ya adresinin yaradılması əlavə ödənişsiz, saniyələr ərzində, sorğusuz mümkündür.
  • Anonimlik qorunur. Tam olmasa da, müəyyən qədər doğ Belə ki, eyni bir şəbəkə istifadəçisinin müxtəlif bitkoin ünvanları ola bilər ki, bu istifadəçinin əsl adı, ünvanı ilə uzlaşmaya bilər.
  • Tamamilə şəffafdır. Bitkoin şəbəkədə həyata keçirilmiş istənilən əməliyyat barədə məlumatları “blockchain” deyilən məlumat bazasında saxlayır. Eyni zamanda, əgər ictimaiyyətə açıq bitkoin ünvanınız varsa, hamı orda yığılan bitkoinlərin sayını görə bilə Bununla belə, həmin adresin sizə məxsus olduğunu heç kim bilməyəcək.
  • Əməliyyat xərcləri çox minimaldır.
  • Bitkoinlə əməliyyatlar çox sürətlidir- bu sadəcə bir neçə dəqiqə zaman ala bilə Həmin zaman isə şəbəkənin ödənişin həyata keçməsinə sərf etdiyi vaxtdır.
  • Bitkoin bərpa olunmur. Sizin bitkoinlər hər hansı bir əməliyyat və ya məqsəd üçün göndərilən zaman onun geri qayıtması artıq mümkün deyil.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *