Bitkoinləri necə ala bilərəm?

Bitkoinləri necə ala bilərəm?

Bitkoinlər haqqında ümumi anlayış formalaşandan sonra onu necə əldə etmək məsələsi ortaya çıxır? Bitkoin harada satılır? Hansı yollarla əldə etmək olar? Bitkoinləri müxtəlif üsullarla əldə etmək olar?

 

 

  • Xüsusi quraşdırılmış ATM-lərdən nəğd pul ödəməklə;
  • Debit və ya kredit kartı vasitəsilə ödəniş həyata keçirməklə;
  • Başqa kriptovalyutalar (rəqəmsal/elektron pulların ümumi adı) vasitəsilə. Bu tip alış-veriş bitkoini kimdən almağınız və harada yaşamağınızdan asılıdır;

Maraqlıdır ki, yuxarıda qeyd olunanlara baxmayaraq, kredit kartı və ya PayPal-dan istifadə etməklə bitkoinlərin əldə edilməsi elə də asan deyil. Burada yurisdiksiya önəmli rol oynayır.

ABŞ-da Coinbase və Circle platformaları kredit kartı vasitəsilə bitkoin əldə etməyə imkan verir.  BöyüK Britaniyada Bittylicious, CoinCorner və Coinbase Visa və MasterCard debit və kredit kartları vasitəsilə (3D təhlükəsizliyini dəstəkləyən) bitkoin əldə etməyə imkan verir.

Bunları biləndən sonra sizə lazım olan ilk addım bitkoin pul cüzdanını almaqdan ibarətdir. Sizin öz bitkoinlərinizi saxlamaq üçün hansısa bir yerə ehtiyacınız olacaq. Ümumi olaraq pul cüzdanı olaraq adlandırılan “bu yer”i əslində özünüzün bitkoin adresinizin olaraq düşünə bilərsiniz.

Bu baxımdan bitkoinləri saxlamaq üçün daha çox 3 variantdan istifadə edilir:

  • Desktop pul cüzdanları. Bunlara misal olaraq Bitcoin Core, MultiBit, Hive, Armory və digərlərini göstərmək olar. Qeyd olunanlar fərqli əməliyyat sistemlərində çalışır. Belə ki, MultiBit Windows, Mac OSX və Linux, Hive OS X əsaslı əməliyyat sistemlərində çalışır.
  • Mobil pul cüzdanları. Desktop pul cüzdanları yaxşı vasitədir, amma yalnız siz evdə olarkən J Kənar bir yerdə ödəniş imkanına malik olmaq üçün mobil pul cüzdanlarından istifadə Bunlar smartfonlara yüklənən digər mobil tətbiqlərə bənzəyir və birbaşa olaraq mobil telefon vasitəsilə ödəniş etməyə imkan verir.
  • Onlayn pul cüzdanları – yalnız gizli bitkoinləri saxlayır. İnternetə çıxışın olması əsas şə Ən böyük üstünlüyü hansı cihazı (mobil telefon, planşet, noutbuk və s.) istifadə etməyinizdən asılı olmayaraq internetə çıxış mümkün olduğu halda ödəmə imkanının olmasıdır. ən böyük çatışmazlığı isə əməliyyat düzgün şəkildə həyata keçirilmədiyi təqdirdə sizin bitkoinlərə nəzarəti itirmək riskinizdir.

Sizin istədiyiniz təhlükəsizlik səviyyəsindən asılı olaraq, müxtəlif pul cüzdanları fərqli təhlükəsizlik səviyyəsini təmin edir.

One thought on “Bitkoinləri necə ala bilərəm?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *