Yaponiya BITPoint şirkəti 100 min mağazaya bitkoin ödəməni əlavə edir

Bildiyimiz kimi Yaponiya qanunveriliciliyi artıq onlayn mağaza ödəmələrində rəqəmsəl valyutalardan istifadəni qanuni icazə vermişdir.  Buna dayanaraq, BITPoint Japan Co şirkəti yüz min yaponiya mağazasını bitkoin qəbul etmək imkanı ilə təmin etməyi planlayır.

BITPoint  və ana şirkəti olan Remixpoint direktoru, Qenki oda vurğulamışdır ki, “Mağazalarda ödəmə terminalı xidməti göstərən şirkət ilə əməkdaşlıq hesabına bitkoin istifadəsini bir hərəkətlə artırmaq imkanımız var. Bu ayrıca çoxlu pərakəndə mağazaları ilə danışmaqdan daha rahatdı. Pərakəndə ticarət şəbəkəsi bitkoin hesabına daha da genişlənəcək”.

BITPoint həmçinin, 2017-ci ilin sonunadək Peach Aviation aviaşirkətinin kriptovalyuta ilə bilet alışının aktivləşdirilməsi təşəbbüsünün arxasında dayanır.

Qenki Odanın sözlərinə görə, yeni qəbul edilmiş qaydalardan həvəslənərək, yaponiya investorları və treyderləri bitkoini çox ciddi aktiv sinif kimi dəyərləndirirlər və yaxın aylarda bir neçə böyük birja broker şirkətləri bitkoinlə alış verişə başlayacaqlar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *