Blockchain şirkəti 50 milyon dollar investisiya cəlb edib

Kriptovalyuta cüzdanı operatoru olan Blockchain yeni investisiya B raundunda 40 milyon dollar cəlb edib. Bu raundun investorları arasında  – Digital Currency Group, Google Ventures, Lakestar, Lightspeed Venture Partners, Mosaic Venture Partners, Nokota Management, Prudence Holdings, Virgin və Riçard Brenson.

Bu investisiya raundu 2017-ci ldə B raundları arasında ən böyüyüdür, amma Ripple-in 2016-cı ildə göstərdiyi rəqəmlərdən geri qalıb. Belə ki,  şirkət 2016-cı ildə 55 milyon dollar cəlb etmişdir.

Özünün rəsmi açıqlamalarında Blockchain şirkəti alınmış investisiyaların onlara fintech sahəsində Avropada lider olmağa yardımçı olacağını qeyd edir. Blockchain hər hansı yeni bir məhsulun buraxılışına deyil, ilk olaraq öz işlərinin optimallaşdırılmasına yönlənib.

Yeni məhsullar buraxmasalar da, bu onlara sahələrində inkişaflarını göstərəcək səsli-küylü bəyanatlar etməyə mane olmayıb. Dekabr ayında Blockchain öz direktorlar şurasına, Barclays-in keçmiç icraçı direktoru Entoni Cenkinsi cəlb edir. Böyük Britaniyanın keçmiş baş naziri Devid Kameron isə fevral ayında şirkətə Londonda ofis açmağa yardımçı olur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *