Çinin Huobi və BTCC birjaları altkoinləri əlavə edir

Bütün dünyada altkoinlərin məşhurlaşması ilə, Çinin kriptovalyuta birjaları artıq alternativ kriptovalyutalara da nəzər yetirirlər. Belə ki, Çinin 3 ən nəhəng birjalarından olan Huobi, 31 may tarixindən ETH alış verilişini açacağını elan edib.

«Bizim birjada CNY/ETH cütlüyünün ticarətinin açılmasını sevinclə sizə çatdırırıq.  Alış-veriş 31 may 12:00 (GMT +8) başlayacaq. Bu andan etibarən ETH depozit qoyuluşu və çıxarışı mümkün olacaq. ».

Huobi yaxın gələcəkdə əlavə ediləcək altkoinlərin siyahısın açıqlayıb:

Siyahıya görə, Bitkoindən sonra Ethereum, Litecoin və Ripple ən yüksək reytinqli kritovalyutalardı. Dash, Zcash və Dogecoin onları izləyirlər.

Huobi birjasının ardınca, BTCC birjası da iki həftəlik sorğudan sonra, həmçinin altkoinlərlə hərracı açmaq niyyətindədir. Sorğuda BTCC birjasının Ethereum Classic-i əlavə etməsi üçün kriptovalyuta cəmiyyətinin 190 min təmsilçisi səs vermişdir.

«BTCC çin kriptovalyuta cəmiyyətinin alternativ kriptovalyutalara investisiya qoyuluşlarının cəlb edilməsində maraqlıdır.», – BTCC icraçı direktoru Bobbi Li öz Tvitter hesabında bildirmişdir.

Huobi və BTCC birjaları – alternativ kriptovalyutaları əlavə edən ilk birjalar deyil. Belə ki, Yunbi Ethereum, Ethereum Classic, Zcash, QTUM, Bitshares və digər altkoinlərin hərracını keçirir. BTC38 birjasında da altkoinlərlə ticarət açıqdır. CHBTC  birjasında ETH, ETC və LTC alıb-satmaq olur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *