Çinin mərkəzi bankının keçmiş işçisi kriptovalyuta mühazirəsi keçirəcək

Çinin mərkəzi bankının keçmiş əməkdaşı bu ayın axırında kriptovalyutalara həsr edilmiş leksiyalarla çıxış etmək niyyətindədir.


Pinq Se Çinin milli bankının maliyyə stabilliyi bürosunun ilk rəhbəri olub. O, PBoC – də işinə 1985-də başlamış və 2005-ci ildə vəzifəsindən uzaqlaşmışdır.

Pinq Senin kriptovalyuta haqqında mühazirəsi, onun rəqəmsəl maliyyə mövzusunda verəcəyi 9 hissədən ibarət mühazirəsinin bir hissəsidir. Reklam materiallarına görə, ilk mühazirə 23 iyun tarixində internetdə yayımlanacaq.

Mərkəzi bankda işləməklə bərabər, Pinq Se dövlətin aktivləri və investisiyalarını idarə edən Mərkəzi investisiya şirkəti Huijin Investment Company-də baş icraçı menecer vəzifəsində çalışmışdır. O, orada xarici investisiya məsələlərinə nəzarət edirdi.

Se həmçinin, rəqəmsəl maliyyəyə həsr edilmiş “Çində internet-maliyyəsi: nəzəri və praktiki yanaşmalar” kitabının müəllifidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *