İsveçrənin özəl bankı müştərilərinə bitkoin hesabları təklif edir

Falcon Private Bank müştərilərinə bitkoin və altkoin portfellərinə birbaşa giriş təmin edən ilk İsveçrə bankı olub.


Bitcoin Suisse AG ilə partnyorluq hesabına bank bu günlərdən etibarən müştərilərin öz kriptovalyuta hesablarına giriş edə biləcək infrastrukturla təmin edir.

Şirkət rəsmini belə deyir:

«Bu yeni təklif hesabına Falcon Private Bank müştəriləri birbaşa elektron bankinq platforması və ya hesab meneceri vasitəsilə bitkoinləri saxlaya, ala və ya sata biləcəklər».