Rusiyada Kriptorubl yaradılacaq

Bir müddətdir Rusiyada kriptovalyuta ilə bağlı müzakirələr davam edir.  Məsələ burasındadır ki, zaman-zaman təzadlı və ya bir-birini dəstəkləyən fikirlər səsləndirilməkdədir. Belə ki, Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina bitkoin kimi kriptovalyutaların leqallaşdırılmasının əleyhinədir. Əsas qarşı arqument kimi isə xaricdən gələn pul kütləsinin nəzarətdən kənar qalmasıdır. Bununla belə, Mərkəzi Bank və Rusiya Baş nazirinin birinci müavini İqor Şuvalov milli kriptorublun yaradılmasının tərəfdarıdır. Onların fikrincə milli kriptovalyutanın yaradılması qeyri-nəğd və elektron ödənişlərin artmasına səbəb ola bilər ki, bu da ümumi iqtisadi inkişaf üçün müəyyən stimul ola bilər. Bunun üçün isə Mərkəzi Bank ilk öncə əhalinin kriptovalyutalar barədə məlumatlılığının və maliyyə savadlılığının artırılmasının xüsusi əhəmiyyətini vurğulayır.

Eyni zamanda, Rusiya Maliyyə Nazirliyi əhalinin maliyyə savadlılığı strategiyasına kriptovalyutanın daxil edilməsini təklif edir. Maliyyə Nazirliyi və Dünya Bankı tərəfindən birgə hazırlanan strategiya 2017-2023-cü illəri əhatə edir.

Bu qısa yazı barədə sizin də fikirləriniz maraqlıdır. Kriptorublun bir kriptovalyuta olaraq uğuruna inanırsınızmı? Əsas maarifləndirilməsi hansı mərhələdə aparılsa daha çox effekt verə bilər?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *