1 avqust tarixində MIT Litecoin əsasında gizli proektini təqdim edəcək

Litecoin cəmiyyəti MIT tərəfindən hazırlanmış proektə heyrandır. Proektin tam mahiyyəti aydın olmasa da, bu sevinməyə mane ola bilməz. Məlum olan odur ki, proektin başlanma tarixi avqust ayının 1-dir. Bu zaman isə Bitcoin-in hansı istiqamətdə gedəcəyini təyin edən günlərdən biridir. Hamıya çox maraqlıdır, görəsən, MIT proqramçıları nə fikirləşiblər.

Çoxları bu səhifəni MIT-nin web səhifəsində görüncə çox təəccübləndilər. Aşkar görünür ki, universitet Litecoin bazasında hansısa proektə başlayır. Amma, bizlərə proektin nə olduğunu ancaq təxmin etmək qalır. Hələ ki, proektin Litecoin loqotipini daşıdığı və avqustun 1-də fəaliyyətə keçəcəyi məlumdur. Hətta, Litecoin əsas proqramçısı Çarli Li (Charlie Lee) proektin nə olduğundan məlumatsızdı, bu da intriqanı daha da qızışdırır.

MIT-nin gizli proekti

Çarli Linin fikrincə, çox güman ki, proekt  Lightning Network dəstəkli yüngül Bitkoin cüzdanı olan MIT DCI Lit ilə əlaqəlidir. Lit-in işləməsi üşün bütüm şəbəkənin işləməsi vacib deyil. Hələ ki, proekt ilkin mərhələlərdədir, amma Lightning Network üçün şəbəkə həllərini Litecoin əsasında həll etməyə ehtiyac yaranıb.

 

 

 

 

 

 

MIT proektindən nə gözləmək olar çox maraqlıdır. Necə olur olsun, belə böyük bir ciddi elmi universitetin Litecoinlə maraqlanması və müxtəlif həll yolları axtarması çox xoş bir haldır. Bunlarla bərabər, seçilmiş tarix, proektin başlanma tarixi çox böyük maraq doğurur. Önümüzdəki həftələr həm Bitkoin, həm də, Litecoin-nin inkişafı üçün çox önəmli həftələrdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *