Polşada ən böyük qida çatdırılma servisi ödənişlərdə Bitkoin qəbul etməyə başlayır

Polşanın ən böyük qida sifarişi saytı, Pyszne.pl, artıq Bitkoinləri ödəniş olaraq qəbul edir.


Pyszne.pl saytında ölkədə olan 5000-dən çox restoran təqdim olunub. 2016-cı ildə saytda 883 000 aktiv müştəri qeydiyyatdan keçmiş və orta çek 9,55 avro olmaqla 4,3 milyon sifariş olmuşdur.

Bu günlərdə Pyszne.pl elan etmişdir ki, bu aydan etibarən Bitpay vasitəsilə ödənişlərdə bitkoin qəbuluna başlayacaq. Bitkoinlə yanaşı, istifadəçilərin kredit kartı vasitəsilə, onlayn transfer, Sofort və Paypal kimi digər ödəmə metodlarından istifadəsi də aktivdir.  Pyszne.pl mobil tətbiq istifadəçiləri həmçinin Android Pay-dən istifadə edə bilər.

 «Bitkoin ödəmələrdən komissiya tutulmur”, – Takeaway.com saytında qeyd edilir.

Bununla belə, şirkət qeyd edir ki, bitkoinlə ödəniş etmək üçün istifadəçilərin gərək özlərinin bitkoin cüzdanları olsun.

Şirkətdən qeyd ediblər ki, «Əgər siz sifarişi bitkoinlə ödəyirsinizsə, və sonradan sifariş ləğv olunursa, məbləğin geri qaytarılması avro ilə olacaq. Çünki, bitkoinlə olan ilkin ödəniş avtomatik olaraq avroya konvert olunur».

Leave a Reply

Your email address will not be published. Required fields are marked *