Satoşi Nakamoto kimdir?

Satoşi Nakamoto kimdir?

Satoşi Nakamotonun kim olduğunu bilməsək də, onun nə etdiyni bilirik. 2008-ci ilin Noyabrında məhz bu adam ilk dəfə ixtiraçısı olduğu bitkoin protokolunu yayımlayıb.

Bir çoxları Nakamotonun yapon olduğunu düşünür, çünki şərti ad və soyad buna zəmin yaradır. Amma bu doğrudanmı belədir?

Satoşi sözünün mənası “açıq fikirli, idraklı” kimi tərcümə oluna bilər. Naka “orta, daxili, əlaqə” şəklində tərcümə oluna bilər və nəhayət moto isə “mənşə, təməl” mənalarını ifadə edə bilər.  Bununla belə, Satoşi Nakamotonun kişi yoxsa qadın, yapon və ya qeyri-millət, bir adam yoxsa bir neçə adam olması, adın həqiqi və ya təxəllüs olması barədə mübahisələr davam edir.

New Yorker və digər jurnallar üçün məqalələrin müəllifi olan Coşua Devisin iddiasına görə Satoşi Nakamoto əslində Dublin Triniti Kollecinin kriptoqrafiya ixtisası üzrə məzunu Maykl Kliadır (Michael Clear). O bu nəticəyə Nakamotonun onlayn yazışmalar, axtarışlar zamanı istifadə etdiyi 80000 sözün təhlil edilməsiylə mümkün olduğunu bildirib. Eyni zamanda, Coşua Devis mümkün adlar arasında finlandiyalı iqtisadçı sosioloq və oyun qurucusu Vili Lehdonvirtanın ola biləcəyini də vurğulamışdır.  Ancaq hər iki şəxs Satoşi Nakamoto ola biləcəkləri ilə bağlı iddiaları rədd etmişlər. Eyni zamanda, 2013-cü ildə keçirilmiş Veb Sammitində Maykl Kliar rəsmi şəkildə bunu bəyan etmişdir.

FastCompany-dən Adam Penenberq Satoşi Nakamoto adı altında 3 nəfərin – Neal Kinq, Vladimir Oksman və Çarlz Brayın olduğunu iddia etmişdir.

Sonralar bir çox adlar da (Martii Malmi, Ced Makkaleb və başqaları) qeyd edilən məsələdə hallanmışdır.

O nə qədər zəngindir?

Satoşi Nakamotonun kimliyi ilə bərabər onun nə qədər zəngin olduğu da insanların cavab almağa çalışdığı suallardandır. Serjio Lerner adlı analitikin dediklərinə inansaq 2013-cü il etibarilə Satoşi Nakamoto ümumilikdə 1 milyon bitkoinə sahib olmuşdur. Həmin dövrdə 1 bitkoinin 1000 ABŞ dollarına bərabər olduğunu nəzərə alsaq, rəqəm 1 milyard ABŞ dollarına bərabər olur.

O indi nə işlə məşğuldur?

Heç kim bilmir o nə ilə məşğuldur, amma software mühəndisinə 23 aprel 2011 tarixində göndərdiyi emaildə deyir: “Mən başqa işlərlə məşqulam. Hər şey Gavin və digərləri ilə yaxşı əllərdədir.”

O hansısa dövlətə işləyir?

Bunlar sadəcə olaraq şayələrdir təbii ki. İnsanlar onun adını “mərkəzi intellekt” kimi qəbul edirlər. İnsanlar bir şeyi görmək istədikləri kimi görürlər. Bu sui-qəsd nəzəriyyəsinin əsasıdır.

Core Developer Ceff Garzik hər şeyi belə izah edir: “Satoşi məqsədəyönlü olaraq, onun kim olduğunu bilməmək üçün, ona etibar edib etməməyi düşünməmək üçün, sistemi open-source yazmışdır. Open-source kodlaşdırma sirrlərin gizlədilməsini mümkünsüz edir.”

Bununla belə, o iddia edir ki, təxəllüslərdən istifadə gözəldir. Çünki, bu insanları texnologiyaya fokuslanmağa vadar edir, nəinki onun arxasında dayanan şəxsə. Və sonda bitkoin Satoşi Nakamotadan dəfələrlə məşhurdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *