Təhsil haqqınızı bitkoin ilə ödəyin 😊

Bilirdinizmi ki, Lütsern Tətbiqi Elmlər Universitetində təhsil haqqını bitkoinlə ödəmək olar? Təzəlikcə, daha dəqiq desək cari il oktyabr ayının əvvəlində Lütsern (Lucerne University of Applied Sciences and Arts) Tətbiqi Elmlər Universiteti bundan sonra tələbələrin öz təhsil haqlarını ənənəvi ödəniş üsulundan əlavə bitkoin vasitəsilə də ödəməyin mümkünlüyü ilə bağlı məlumat yaymışdır. 1997-ci ildə yaradılan və tədrisin ingilis və alman dillərində aparıldığı universitet maliyyə, beynəlxalq menecment, iqtisadiyyat, musiqi, incəsənət, 2D/3D dizayn kimi sahələr üzrə ixtisaslaşmışdır.

Universitetin yaydığı məlumata əsasən xidmətlərin bitkoinlə də ödənişi həm də kriptovalyuta, həm də blokçeyn əsaslı konsepsiya barədə daha geniş məlumat almağa kömək edəcək.

Sözügedən universitetlə yanaşı, Avropa Menecment və Texnologiya Məktəbi (ESMT Berlin), Nikosiya Universiteti (University of Nicosia), Kinqs Kollec (Nyu-York) və Kambriya Universiteti də (University of Cumbria) bitkoin qəbul edən təhsil müəssisələrindəndir.

Ənənəvi olaraq mövzunun sonunda oxuculara suallarla müraciət edirik.

Sizcə Azərbaycan kriptovalyuta ilə təhsil haqqının ödənilməsinə nə zaman keçirilə bilər? Təhsildə belə bir innovativ yanaşmaya ehtiyac varmı? Bizdə əhalinin bu sahədə məlumatlılığı və savadlılığı hansı səviyyədədir?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *