Yaponiyanın on bir Bitkoin Birjası öz fəaliyyətlərini lisenziyalaşdırıb

Yaponiyanın maliyyə xidmətləri üzrə agentliyi (FSA) 11 Bitkoin birjasına lisenziya verib.

Agentlik öz açıqlamasında qanuna uyğun olaraq təsdiq etmişdir ki, bütün rəqəmsəl valyuta birjaları rəsmi olaraq sentyabrın sonuna kimi qeydiyyatdan keçməlidirlər. Aprel ayında qəbul edilmiş qanun Bitkoinin qanuni ödəmə metodu olduğunu təsdiqləmiş və birjaların fəaliyyət çərçivəsini göstərmişdir.

Birjaların lisenziya alması üçün bir necə tələbi yerinə yetirməsi lazım. Bunlar müəyyən kibertəhlükəsizlik standartları, müştəriləri hesablarının paylanması və idendifikasiya məlumatlarının verifikasiyası.

17 müraciət hələ ki təsdiqini gözləyir, 12 şirkət yeni tələblərə görə öz müraciətlərini geri götürüb.

Quoine birjası — lisenziya almış 11 şirkətdən biri, — press relizə əsasən, şirkət tənzimləyici ilə birgə Yaponiyada, həmçinin qlobal miqyasda rəqəmsəl valyuta sənayesinin sağlam inkişafı istiqamətində çalışacaqdır.

FSA idərəediciləri bildiriblər ki, onlar birjalarla birgə çalışıb bazarın evolusiyasına nail olmağa maraqlıdırlar.

Yaponiya kriptoiqtisadiyyatın tənzimlənməsində ciddi şəkildə aktivdir. Qanunvericilər bildiriblər ki, 2014-cü ildə MT Gox Bitkoin birjasının dağılması və müştərilərin milyonlarla dollar itirməsi belə qanunların qəbul edilməsini stimullaşdırıb.

İndi, qlobal miqyasda kriptovalyuta landşaftında normativ dəyişikliklər baş verməkdədir. Belə ki, Çin tamamilə token satışı və ilkin coin təklifləri (ICO) ilə bağlı maliyyə yığımlarını qadağan edib və yerli birjalar daxili ticarət əməliyyatlarını dayandırıb.

Cənubi Koreya da ICO -nun qanunsuz maliyyə yığımı olduğunu bildirdi və bu sahədə mübadilə qaydalarını sərtləşdirməyə başladı.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *